TƏCİLİ: Sabah Milli Məclis özünü buraxır - Yeni seçki...

20-06-2024, 22:09   






Sabah Milli Məclis özünü buraxdığını elan edəcək. Anaxeber.info-nun əldə etdiyi məlumata görə, hakim partiyanın deputatlarının təşəbbüsü ilə prezident İlham Əliyevə müraciət ediləcək və bu təklifə parlamentdə olan digər partiyaların deputatları, müstəqil deputatlar da qoşulacaqlar. Məlumata görə, parlamentin sabah özünü buraxdığını elan etməsindən sonra prezident tərəfindən bu təklif qəbul olunacaq və yeni seçki elan ediləcək. Hakim partiya COP29 tədbirlərini nəzərə alaraq növbədənkənar parlament seçkilərinin sentyabrda keçirilməsini təklif edib.
Əslində, müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycanda parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda dünyanın ən mötəbər tədbiri sayılan COP29-un keçiriləcəyini nəzərə alan Yeni Azərbaycan Partiyasından olan millət vəkilləri parlament sədrinə müraciət edərək seçkilərin 2 ay əvvələ keçirilməsini təklif edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar