Putin Astanada Əliyev və Ərdoğanla da görüşməlidir

3-07-2024, 09:11   



İyulun 3-də Astanada Putinin Azərbaycan prezidenti İlham Əliyevlə və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqları planlaşdırılıb

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçiriləcək sammitində bir sıra başqa ölkələrinin liderləri ilə ikitərəfli danışıqlar planlaşdırır.

TASS bildirir ki, bu barədə məlumatı Putinin köməkçisi Yuri Uşakov verib.

Uşakovun sözlərinə görə Moskva Astana sammitinə orada iştirak edəcək liderlərlə ikitərəfli təmaslar imkanı kimi baxır.

Uşakov əlavə edib ki, söhbət bir sıra “son dərəcə mühüm ikitərəfli kontaktlardan” gedir.

Xəbərdə deyilir ki, iyulun 3-də protokol tədbirlərindən əvvəl Putinin Azərbaycan prezidenti İlham Əliyevlə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla və Monqolustan prezidenti Uxnaagiyn Xürelsüxlə, habelə Çin Xalq Respublikasının sədri Si Tsinpinlə və Pakistanın baş naziri Şahbaz Şəriflə danışıqları planlaşdırılıb.

Uşakov deyib ki, iyulun 4-də Putinin habelə İran prezidentinin əvəzi Məhəmməd Moxbirlə görüşü ola bilər.

Ümumiyyətlə isə Şanxay Əməkdaşlıq Təşkilatının işində Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistanın nümayəndələri, eləcə də BMT-nin baş katibi Antonio Quterriş, MDB-nin və KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) baş katibləri Sergey Lebedev və İmanqali Tasmaqambetov iştirak edəcəklər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar