İyulun 8-də gündüz Rusiya qoşunları Kiyevin mülki obyektlərinə kütləvi raket zərbəsi endirib. Ən çox qurban Oxmatdet uşaq onkoloji xəstəxanasındadır.
Yerli vaxtla saat 13:00-a olan məlumata görə, 20 nəfər öldürülüb və 50 nəfər yaralanıb, əsasən uşaqlardır. Dağıntılar altında onlarla adam var.
Çoxmərtəbəli xəstəxana tamamilə dağıdılıb.
Kiyevin daha 7 rayonunda mülki infrastrukturun dağıdılması və ziyan dəyməsi qeydə alınıb, yaşayış binaları dağıdılıb, adamlar həlak olublar.
Sağ qalanları dağıntıların altından çıxarmaq üçün xilasetmə işləri aparılır.
Haimiyyət bildirib ki, ölən və yaralananların sayı sürətlə artmağa davam edir.