SOCAR AQŞ şirkətinin sabiq icraçı direktoru Ramin İsayevin saxlanılması və onun barəsində keçirilən məhkəmə prosesi fonunda Azərbaycanın ən böyük holdinqlərindən biri olan NEQSOL-da baş verənlər diqqət çəkib.
AzToday.az-a istinadən xəbər veririk ki, ölkənin iki böyük mobil rabitə operatoru ilə yanaşı tanınmış şirkətlərin daxil olduğu holdinq rəhbərliyi barəsində vergidən yayınma və ölkədən böyük məbləğdə pul çıxarılması ilə iddialar var. Dünyaca məşhur iki universitetin - Harvard və MİT-in məzunu olan Ramin İsayevin məhz qanunsuzluqlara etiraz etdiyi üçün həbs olunması ilə bağlı mediada təkzib olunmayan faktlar yer alıb. Amma holdinq rəhbərliyi Ramin İsayevin dediklərinə münasibət bildirmək əvəzinə bu barədə yazan media orqanlarına birbaşa və dolayı yollarla təzyiqlər etməkdədir.
Qeyd edək ki, sözügedən holdinqə Nəsib Həsənov adlı sirli milyarder rəhbərlik edir. Əcnəbi araşdırmaçı jurnalistlərin yazılarında belə adı hallanan Nəsib Həsənovun Birləşmiş Krallıq başda olmaqla bir çox xarici ölkədə şirkətlərin və daşınmaz əmlakların olduğu bildirilir.
İddialara görə, Nəsib Həsənov müxtəlif vasitələrlə Azərbaycandan 30 milyard dollardan çox pul çıxardıb.
Özəl mənbələrdən daxil olan məlumatlara görə, rğsmi qurumlar Nəsib Həsənov barəsində araşdırmalara başlayıb. Onun vergidən yayınma, ölkədən pul çıxarılması və s. bu kimi əməlləri barədə müfaviq ölçülər götürüləcək...