“Ukraynada Rusiyalı hərbçilər yoxdur”.
anaxeber.info bildirir ki ANS TV-nin məlumatına görə, bunu açıqlamasında Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib.
Çində Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşən Lavrov bəyan edib ki, Ukraynanın İzvarino rayonu ərazisinə Rusiyaya məxsus hərbi texnikanın yerləşdirilməsi barədə deyilənləryalandır.
Jurnalistin “Rusiya Ukraynanın cənub-şərqində atəşkəs elan edilməsi barədə razılaşmaya hörmət edirmi?”, - sualına cavabında isə Lavrov bildirib ki, bu məsələni birbaşa münaqişə tərəfləri həll etməlidir.
Ukraynanın şərqində gedən döyüşlər yenidən şiddətlənib. Donetsk şəhəri gecə saatlarından başlayaraq, artilleriya atəşinə məruz qalıb. Şəhərin, demək olar ki, hər yerinə mərmi düşüb. Ukrayna hərbçiləri isə bir müddət əvvəl xarabalığa çevrilmiş Donetsk hava limanını müdafiə etməyə davam edirlər. Hərbçilərin əlavə qüvvə və silah-sursat cəlb etməsi sayəsində üsyançıların hava limanını ələ keçirməsi çətinləşir. Artilleriya atəşi nəticəsində Donetskin elektrik enerjisi təchizatı sistemi də məhv edilib. Şəhərdə 33 transformator stansiyası dağıdılıb. Ukraynanın rəsmi saytlarında üsyançıların Donetsk şəhərini ağır artilleriyadan atəşə tutacağı ehtimalı da vurğulanır.[media=http://www.youtube.com/watch?v=6WqZlQYDZBE]