Blinken Bakıda keçiriləcək COP29-da iştirak etməyəcək

1-11-2024, 08:54   




Bu il COP29 sammitində ABŞ nümayəndə heyətinə prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta rəhbərlik edəcək. TURANın Vaşinqton müxbiri xəbər verir ki, dövlət katibi Blinken Bakıya getməyəcək.

Dövlət Departamenti cümə axşamı bildirib ki, ABŞ Administrasiyasının 20 departamentinin və təşkilatından olan yüksək vəzifəli rəsmiləri noyabrın 11-22-də Bakıya səfər edəcək.

Con Podesta ilə yanaşı, ABŞ nümayəndə heyətinə aşağıdakılar daxildir:

  • Tomas Vilsack, Kənd — Təsərrüfatı naziri
  • Cennifer M. Qranholm —Energetika naziri
  • Əli Zaidi, Prezidentin köməkçisi və Ağ Evin Milli İqlim Müşaviri
  • Brenda Mallory, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri
  • David Türk — Energetika nazirin müavini
  • Laura Daniel-Davies, daxili işlər nazirinin müavini 
  • Ceyn Nişida — Ətraf Mühitin Mühafizəsi Agentliyinin Administrator müavini 
  • Rik Spinrad —Ticarət Katibinin müavini
  • Bonnie Jenkins — Dövlət Katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə müavini.

“ABŞ nümayəndə heyətinə iqlim dəyişikliyinin silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, səhiyyə, ticarət və investisiya, gənclər məsələləri üzeə digər ABŞ hökumət rəsmiləri də daxildir”, - deyə Dövlət Departamenti bildirib.

Builki nümayəndə heyətinə COP 28 (Dubay) və COP 27 (Misir) sərgilərində iştirak etmiş dövlət katibi Entoni Blinken və USAID  rəhbəri Samanta Pauer daxil deyilər.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bir müddət əvvəl Dövlət Departamentini konqresmenlər adından Azərbaycan hakimiyyətinə qarşı insan haqlarının pozulmasına görə sanksiyalar tələb edən məktub yazmaqda ittiham etməsi ilə bağlı ola bilər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.