Axar.az xəbər verir ki, bunu Estoniya Prezidenti Tomas Xendrik İlves söyləyib.
O, Kremlin Avropa ölkələri üçün yaratdığı təhlükənin düzgün qiymətləndirilmədiyini bildirib:
“Avropa İttifaqı Krımın işğalı səbəbindən Rusiyanı cəzalandırdığı üçün Moskva İkinci Dünya müharibəsindən sonra Avropada yaranmış nizamı dağıdıb. Avropa İttifaqında Kremlin yaratdığı təhlükəni düzgün qiymətləndirməyiblər və əksər dövlətlər vəziyyətin ciddiliyini anlamayıblar. Rusiyaya adekvat cavab vermək əvəzinə, sanksiyalar siyahısına hansı rus məmurunun adının daxil edilməsi müzakirəsi gedir”.