"Rusiyanın taleyi iki ölkədən asılıdır"

9-11-2014, 00:37   
"Rusiyanın taleyi iki ölkədən asılıdır"
Rusiyanın müxalifət liderlərindən biri Boris Nemtsov Putinin taleyinin iki ölkədər, ABŞ və Səudiyyə Ərəbistanından asılı olduğunu deyir. O, bu bərədə öz Facebook səhifəsində yazıb.

“Onlar müttəfiqdirlər, lakin neft istehsalında rəqibdirlər. Amerikalıların şist neftinin çıxarılmasını öyrənməsi və onları bazardan uzaqlaşdırması Səudiyyə Ərəbistanının ürəyincə deyil. Ona görə də neftin qiymətini aşağı saldılar ki, şist neftinin hasilatı rentabelli olmasın. Həm də Əsədi dəstəklədiyinə görə İranla Putini də cəzalandırsınlar. Əgər neftin bir bareli 70 dollara düşsə, dollar 50 rubl olacaq. 60 dollr olacağı təqdirdə, dollar 60 rubla çatacaq. Bu halda Rusiya bir sıra mənfi hallarla üzləşəcək:

1. İnsanların real gəlirləri aşağı düşəcək;

2. İdxal mallarının qiyməti 50% yüksələcək;

3. Kredit şərtləri ağırlaşacaq;

4. Kapital axını davam edəcək, rubla inam kəskin aşağı düşəcək;

5. Həyat səviyyəsi enəcək aşağı düşəcək, insanlar Toyota əvəzinə Lada Kalina sürəcək, Türkiyə əvəzinə Krımda dincələcəklər”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.