Ermənilərə ağır zərbə

9-11-2014, 18:34   
Rusiyaya tətbiq edilən sanksiyalar regionda domino effekti yaradır
Ermənilərə ağır zərbə

Region Rusiyada rublun dəyərinin aşağı düşməsi postsovet ölkələrinin əksəriyyətində domino effekti yaradacaq.

bu barədə Reuters xəbər agentliyinin əməkdaşı Mark Consun araşdırmasında bildirilir.

Ukrayna hadisələrindən sonra rəsmi Moskvaya qarşı tətbiq edilən sanksiyaların Rusiyanı çətin vəziyyətə saldığını deyən müəllifin sözlərinə görə, Rusiyada yaranmış belə bir vəziyyət Müstəqil Dövlətlər Birliyinin üzvləri Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Belarus və Ermənistana təsirsiz ötüşməyəcək.

Müəllif qeyd edir ki, 2008-ci ildə Rusiya iqtisadi tənəzzülə uğrayarkən bu ölkələrin də tikinti və bank sektorunda da problemlər yaranmışdı. Çünki adıçəkilən ölkələrin iqtisadi cəhətdən Rusiyadan asıllığı daha çoxdur.

"Rublun dəyərinin aşağı düşməsi MDB ölkələrinə, daha çox bu ilin əvvəlində Rusiya ilə azad ticarət zonasına daxil olan Qazaxıstan ilə Belarusa təsir edir. Ermənistan da çətin vəziyyətdədir. Çünki bu ölkənin ixracının böyük hissəsini Rusiya təşkil edir. Belə ki, bu gəlir Ermənistanın Ümum Daxili Məhsulunun rekord 10%-nin, ödəniş balansının kəsiri üçün böyük əhəmiyyət kəsb edir. Rublun dəyərinin düşməsinin digər böyük təsiri isə pul köçürmələrinədir. Ölkə xaricində işləyən miqrant ermənilərin göndərdikləri pullar dəyərini itirir. Bu pulların da 80%-i Rusiyadan göndərilir", deyə müəllif qeyd edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.