Bəzi qəzetlər Ukraynada yaşananların artıq Gürcüstanda da reallaşma təhlükəsinin olacağını yazırlar.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyədə yaşayan azərbaycanlı politoloq Orxan Qafarlı öz Feysbuk səhifəsində çıxış edib.
O, Gürcüstanda vəziyyətin Ukraynaya nəzərən bir qədər çətin olduğunu bildirib:
“Gürcü cəmiyyətini iki yerə ayıraraq qərb-şərq qarşıdurmasını yaşatmaq o qədər də asan olmayacaq. Amma kimlərinsə ağlında artıq belə bir layihənin olduğu bəllidir”.