“İraqda 1500 ABŞ əsgərinin yerləşdirilməsi İslam Dövləti silahlılarına qarşı mübarizənin yeni mərhələsidir.“
Bunu ABŞ prezidenti Barak Obama ABŞ-ın CBS telekanalına müsahibə verərkən deyib.
Onun sözlərinə görə, İraqa yeni göndərilmiş hərbçilər bilavasitə döyüşlərə qatılmayacaq, yalnız İD-ə qarşı həmlələrə kömək edəcək.
İraq rəsmiləri bildirib ki, ordu qüvvələri ölkənin ən böyük neftayırma müəssisəninin yerləşdiyi Baiji şəhərinin yarısı üzərində nəzarəti yenidən ələ keçirib.
İslam Dövləti döyüşçüləri şəhərə iyun ayında daxil olsalar da, neftayırma zavodunu zəbt edə bilməmişdilər.
"Birinci mərhələ mötəbər və bütün qüvvələri əhatə edən İraq hökumətini yaratmaq idi. Biz buna nail olduq. İndi İraqın quru qüvvələri İD-i geri oturtmalıdır”, - deyə Barak Obama vurğulayıb.
“İraqa əlavə qoşun hissələri göndəriləcəkmi”” sualına Barak Obama "Baş komandan olaraq mən heç vaxt “heç vaxt” deməyəcəyəm” cavabını verib.
Qeyd edək ki, 1500 ABŞ əsgəri İraqa bu ölkənin xahişilə göndərilib