Latviya, Estoniya və Litva birgə təlimlərdə iştirak edəcəklər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə litvalı general-mayor Yonas Vitautas Jukas çıxış edib.
O, təlimlərin bu ilin dekabrında Litvada keçiriləcəyini bildirib. General Latviya və Estoniya ilə yanaşı burada başqa dövlətlərin də iştirak edəcəyini söyləyib. General yeni yaradılacaq Baltik batalyonuna Estoniyanın rəhbərlik edəcəyini deyib.