“Berlin divarının yıxılmasından 25 il sonra Avropada yenidən müharibə qorxusu yaranıb”.
bunu Avropa Parlamentinin Prezidenti Martin Şulç söyləyib.
O, güc vasitəsilə dövlətlərin sərhədlərini dəyişdirildiyini bildirib:
“Berlin divarının yıxılmasından sonra biz uzunmüddətli sülhün bərqərar olacağına inanırdıq. Lakin hazırda Avropaya müharibə qorxusu geri döndü. Dövlətlər parçalanır, güc vasitəsilə sərhədlər dəyişdirilir, insanlar isə görülməmiş qəddarlıqdan qaçırlar”.