Müğənni İnstaqram-da klipin qısa variantını da paylaşıb
Müğənni, bəstəkar Emin Ağalarov dekabrın 4-də “Crystal Hall”da keçirəcəyi konsertə hazırlaşır.
ANS PRESS-in məlumatına görə, bu haqda Emin İnstaqram hesabında xəbər verib.
“Mənim doğma dilimdə yazdırdığım ilk mahnı ən çox sevdiyim ifaçı Müslüm Maqomayev tərəfindən yazılmış "Azərbaycan" mahnısıdır. Mahnının premyerası dekabrın 4-də “Crystal Hall”da Zülfiyyə Xanbabaeva ilə birgə canlı olaraq ifa ediləcək. Mahnının həmçinin dekabrın 1-də iTunes vasitəsi ilə dinləmək olar”- deyə müğənni bildirib.
Müğənni İnstaqram-da klipin qısa variantını da paylaşıb.