Əliyevlə işbirliyi olanlara qarşı etiraz aksiyaları

18-11-2014, 11:12   
Əliyevlə işbirliyi olanlara qarşı etiraz aksiyalarıAzərbaycandakı siyasi məhbus probleminə görə Böyük Britaniyada kampaniya başladı


Azərbaycandakı siyasi məhbus probleminə beynəlxalq aləmdə diqqət getdikcə artır. Azərbaycan hakimiyyətinin siyasi məhbusları azadlığa buraxmamaq məsələsində inadkarlığı beynəlxalq təşkilatları bu problemin həlli üçün daha ciddi səylər göstərməyə məcbur edir. Böyük Britaniyada fəaliyyət göstərən "Platform-London", "İndex on Censorship" və digər nüfuzlu beynəlxalq təşkilatlar bu istiqamətdə yeni orijinal etiraz aksiyaları keçirməyə başlayıblar. Onların birgə yaydığı müraciətdə bildirilir ki, bu il ərzində Azərbaycanda görünməmiş miqyasda repressiyalar həyata keçirilib, nəticədə xeyli sayda hüquq müdafiəçisi, siyasi fəal və jurnalist hökumətə qarşı tənqidçi mövqedə durduqlarına görə həbs olunub.



Aksiyanın təşkilatçıları hesab edir ki, Böyük Britaniyada fəaliyyət göstərən müxtəlif profilli strukturlar Əliyev rejiminin mövcudluğunu qoruması üçün bu gün də onunla iş birliyindədir. Bu kimi hallara etiraz əlaməti olaraq, təşkilatçılar Böyük Britaniyanın hökumət və biznes strukturlarının ofisləri qarşısında əllərində yanan şam tutaraq, aksiyalar keçirəcəklər.

Qeyd edək ki, bu qəbildən olan etiraz aksiyalarının Azərbaycanın Böyük Britaniyadakı səfirliyi qarşısında; noyabrın 18-də bp-nin baş ofisi qarşısında; noyabrın 19-da Böyük Britaniyanın Xarici İşlər Nazirliyi qarşısında; noyabrın 20-də Avropa Yenidənqurma və İnkişaf Bankının ofisi qarşısında; noyabrın 21-də isə Beynəlxalq Olimpiya Komitəsi qarşısında keçirilməsi planlaşdırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.