Erməniləri gözləyən faciə

18-11-2014, 17:34   
Erməniləri gözləyən faciə
Ötən ildə Ermənistanda yoxsulluğun səviyyəsi 32% təşkil edib

Region Ermənistanda ötən il yoxsulluğun səviyyəsi 32% olub. 2012-ci ildə isə 32,4% təşkil edib.
bu barədə Ermənistanın Milli Statistika Xidmətinin Ev təsərrüfatlarının tədqiqatları şöbəsinin rəisi Diana Martirosova "Ermənistanın sosial və yoxsulluq xəritəsi" adlı məruzəsinin təqdimatınada bildirib.

Dünya Bankının köməyi ilə Ermənistanın Milli Statistika Xidməti tərəfindən hazırlanan məruzə bu ölkənin 2008-2013-cü illərdəki həyat səviyyəsindəki dəyişikliklərin qiymətləndirilməsi məqsədi daşıyır.

Məruzəyə əsasən, ötən ildə ölkə əhali arasında kasıbların sayı təqribən 967 min nəfər təşkil edib. Bu isə o deməkdir ki, ölkə əhalisinin hər üçündən biri kasıbdır. Onlardan 13,3% çox kasıb hesab edilir, son dərəcə kasıb olanlar isə 2,7% təşkil edir.

Xanım şöbə müdiri deyib ki, ölkədə çox kasıb vətəndaşların sayı 402 min nəfərdir. Son dərəcə kasıbların sayı isə 82 minə çatıb. Belə olan halda 2013-cü ildə ekstremal yoxsulluğun səviyyəsi 2008-ci ilin göstəricini ötüb: "2013-cü ildə yoxsulluğun səviyyəsi 5,9%, 2008-ci ildə 5,1% olub.

D.Martirosovanın sözlərinə görə, 2013-cü ildə şəhər və kəndlərdə yoxsulluğun səviyyəsinin arasında fərq kiçikdir. Belə ki, kənd ərazilərində bu göstərici 31,7%, şəhərlərdə isə 32,2% təşkil edir.

Məruzədə 48 şəhər və 202 kənd üzrə 5184 ev təsərrüfatında aparılmış tədqiqatlar əksini tapıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.