“Hazırda Yer kürəsində artan xaosa qarşı yeni dünya nizamı qurulmalıdır”.
bu açıqlama ilə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer çıxış edib.
O, Ukraynanın NATO və Krımı unutmalı olduğunu deyib:
“Yeni dünya nizamının qurulması uzun və çətin olacaq. Dünyada ümumi qəbul edilmiş qaydalar yoxdur. Hazırda yalnız Çin baxışı, İslam təsəvvürü, Qərb obrazı və Rusiya nöqteyi-nəzəri var. Bunların heç də hamısı hər zaman üst-üstə düşmür. Rusiya beynəlxalq münasibətlər sistemində hər zaman mühüm rol oynayıb. O, İranın nüvə məsələsində, Suriya amilində həmişə vasitəçi olub”.