Vatikan mətbuat katibi Federiko Lombardi Papa Fransiskin Türkiyə və Fransa səfəri ilə bağlı brifinq keçirib.
Lombardi Fransiskin səfərini yeni bir rekord kimi dəyərləndirib.
Papanın bu ayın 25-i Strazburqa, 28-i isə Türkiyəyə səfər edəcəyini vurğulayan Lombardi bu qədər qısa müddətdə səfərlərin təşkilinin bir ilk olduğunu qeyd edib:
"Papa Fransiskin Ərdoğanın yeni sarayına gedəcəyi isə hər iki ölkədə böyük müzakirələrə səbəb olub. Türkiyədəki bu müzakirələrdən bizim də xəbərimiz var. Bu saraylar bir gündə inşa edilmir. Bu saray Papa getməyə qərar verməzdən əvvəl inşa edilib. Bu məsələ Vatikanı, ya da Roma Papasını birbaşa maraqlandıran bir məsələ deyil. Bu Türkiyədə müzakirə olunan bir məsələdir".