Aktrisa zorlandığını etiraf etdi- Fotolar

19-11-2014, 06:07   



47 yaşlı aktrisa Barbara Bovman 19 yaşında Bill Cobs tərəfindən təcavüzə məruz qaldığını deyib.

Daily Mail qəzetinə müsahibə verən Bovman 77 yaşlı Cobsun xəstə olduğunu, bu günahlarla ölməməsi və işlədiyi cinayətləri etiraf etməsi gərəkdiyini deyib. O, 1969-cu ildə otellərin birində aktyorun ona təcavüz etdiyini, daha sonra evə getməsi üçün 10 və ya 20 dollar verdiyini söyləyib.

“O canavardır. Mənə bir canavar kimi yaxınlaşdı. O anı heç vaxt unutmayacam. Bunu məşhurlar tərəfindən cinsi istismara məruz qalanları cəsarətləndirmək üçün etiraf edirəm. Onlar da etiraf etməlidirlər və təcavüzçülər cəzalandırılmalıdır. Heç olmasa bir qurbana kömək etsəm vəzifəmin yerinə yetdiyini düşünərəm”.

Qeyd edək ki, Bill Cobs daha əvvəl də iki dəfə təcavüz iddiası ilə qarşılaşıb. Aktyorun vəkili Barbaranın bu açıqlamasının əvvəlki təcavüz iddialarını təsdiqləmədiyini deyib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.