[media=http://www.youtube.com/watch?v=SUmz9CtuAaY]
Qurulan tələlərə, qanlı oyunlara, xəyanətlərə, çirkli hesablara, öz mənfəətlərini təmin etmək üçün heç bir hüdud tanımayanların məkrinə rəğmən Polat Aləmdar seçdiyi yolda qətiyyətlə irəliləyir.
Cahitin planı Brendonu təşvişə salmaqla yanaşı, Alqis və Martini də əməllicə qorxudub. Pusatla Miran da olaylardan agah olmağa başladıqları üçün Şedid düşərgəsində durum dəyişir. Pusat və Miran belə vəziyyətdə nə edəcəklər, Akif planını həyata keçirə biləcəkmi, Sağır düşdüyü tələdən çıxacaqmı?
Suallara cavab "Kurtlar Vadisi Pusu" teleserialının növbəti, 237-ci seriyasında veriləcək.