Azərbaycanlı aktrisa yeni filmdəki rolu ilə izləyiciləri təəccübləndirəcək
Kino Türkiyədə yaşayıb sənət fəaliyyətini davam etdirən azərbaycanlı aktrisadan yeni xəbər var.
ötən ay Türkiyənin Antalya şəhərində keçirilən 51-ci Beynəlxalq “Qızıl Portağal” film festivalında mükafatlandırma mərasimi zamanı “Ən yaxşı aktrisa” adını alan Nəzrin Cavadzadə yeni filmdə rol alacaq.
Türkiyədə, eləcə də ölkəmizdə ən çox izlənən “Küçük Ağa” serialında rol alan Nəzrin heyətdən ayrılıb. Onun serialdan uzaqlaşdırılması xəbərini isə aktrisa təkzib edib.
“16 bölüm üçün müqavilə imzalamışdım. Çünki yayda “Son məktub” adlı yeni bir filmdə oynayacağam. Seriala davam etsəydim, o filmdə iştirakım çətin olacaqdı.” – deyə N.Cavadzadə bildirib.
Qeyd edək ki, aktrisa Azərbaycanda urologiya elminin əsasını qoyanlardan olan Mirməmməd Cavadzadənin oğul nəvəsidir. O, 1982-ci ildə Bakıda doğulub. 11 yaşında ixtisasca həkim olan anası Fəridə xanımla İstanbula köçüb.