Məleykə Əsədova canlı yayıma bu geyimdə gəldi - FOTO

20-11-2014, 16:10   

Xalq artisti Məleykə Əsədovanın geyindiyi qısa ətək və sinəsi açıq libası "Gündəlik" verilişində müzakirəyə səbəb olub.

Proqramın aparıcısı Mətanət Əliverdiyeva xalq artistinin paltarını göstərərək, digər qonağı, əməkdar artist Azərinə “Heç bu cür libas geyinərsən” sualını ünvanlayıb.
Azərin isə cavabında “Yox... Bu, hər insanın öz şəxsi işidir. Onun öz zövqüdür. Geyinmərəm” deyə cavab verib.

Xalq artisti Faiq Ağayev də M.Əsədovanın bu geyiminə münasibət bildirib:
“İnsan öz bədənini tanıyıb, geyinməlidir. İncəsənət aləmində olanların geyimi fərqlidir. Adi həyatda heç vaxt Məleykə xanımı bu cür paltarda görməmişəm. Həmişə rahat geyinir. Səhnənin öz tələbləri var”.
Məleykə Əsədova canlı yayıma bu geyimdə gəldi - FOTO
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.