Tanınmış stilist İnstagramda Bakıda çəkdirdiyi fotonu paylaşıb
Şou-biznes Tanınmış stilist, model Bakıda. Türkiyədə yaşayan serb əsilli İvana Sərt Azərbayacana gəlib. Bu barədə o özü və prodüsser Tolik İnstagram səhifələrində yazıblar.
Türkiyənin ən baxımlı verilişlərindən olan "Bu tərz mənim"in müsifi Bakıda çəkdirdiyi fotosunu paylaşıb. Onun yanında azərbaycanlı müğənni Ruhi və prodüser Tolik də olub.
İvana Sərt fotonu "Gözəl Ruhi ilə Bakıda" şərhi ilə paylaşıb.
Qeyd edək ki, bu stilistin Azərbayacana ilk səfəri deyil. Əslən Serbiyadan olan 34 yaşlı İvana bu ilin əvəllində Bakıda olub.