Rusiya Türkiyəyə verdiyi təbii qazı 42 milyon kubmetrdən 27,28 milyon kubmetrə endirib.
bunu jurnalistlərə açıqlamasında Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız deyib. O, Rusiyanın qazı azaltmasının yaxşı bir şey olmadığını bildirib:
“Rusiya Türkiyəyə verdiyi təbii qazı 42 milyon kubmetrdən 27,28 milyon kubmetrə endirib. Bu yaxşı bir şey deyil. Ehtiyaclarımız var. Gələn həftə Moskvada bu problemi həll etməyə çalışacağıq. AB ölkələri ilə Rusiya arasında yaşanan problemdən Türkiyənin zərər çəkməsini istəmirik. Türkiyə aldığı qazın qiymətini zamanında Rusiyaya ödəyir. Rusiya bağladığımız müqaviləyə əməl etməlidir”.