Bakılı Yusif Eyvazovla Anna Netrebkonun toyunun keçiriləcəyi vaxt bəlli olub
Şou-Biz Tenor səsə malik əslən bakılı Yusif Eyvazovla nişanlı olan dünya operasının ulduzu Anna Netrebkonun toyunun keçiriləcəyi zaman və məkan bəlli olub.
ANS TV-nin məlumatına görə, bu açıqlamanı nişanlı cütlük Mədəniyyət Rusiya telekanalında “Baş Rol” verlişinin qonağı olarkən edib. Anna ilə Yusifin sevgi əhvalatı bu ilin fevral ayında Romada başlayıb. Cütlüyün Puççinin “Manon Lesko” operasında birgə çıxışı onların gələcək həyat yolunu cızıb.
Münasibətlərini rəsmiləşdirməyə qərar verən opera müğənniləri avqust ayında Zalsburq şəhərində kiçik ailədaxili ortamda keçən mərasimdə nişanlanıblar.
Tenor səsə malik 37 yaşlı Yusif Eyvazov Bakı Dövlət Konservatoriyasının məzunudur. Daha sonra o məşhur opera ifaçılarından ustad dərsləri alıb. 2009-cu ilin aprelində Bakıda ilk solo konsertni verən Yusif bir il sonra Moskvada Böyük Teatrda “Kavaradossi” obrazı ilə debüt edib.
"Baş Rol” proqramının qonağı olan cütlük deyib ki, yeni ildə Venadakı evimizə gedərək toyun necə keçiriləcəyinə birlikdə qərar verəcəyik. Toyun təşkil edilməsində 43 yaşlı Annanın birinci evliliyindən olan oğlu da iştirak edəcək.
Evlənmək həyacanını qışda yaşamaq istəyən cütlük toyu gələn ilin yayında Sankt-Petetburqda edəcək.[media=http://www.youtube.com/watch?v=2b-Rlhwr5OQ]