"Röya Bakıdadır. Musiqiçilərlə dünən də, bu gün də məşqlərdə olub".
Röyanın prodüseri Kənan Bayramov bildirib.
"Əgər Röya sərxoş olubsa, oteldə, Batumidə olubsa, hanı şəkil? Faktla sübut etsinlər. Məlumatı ötürə bilirlərsə, deməli, şəkil də çəkə bilərlər də. Hansısa saytın əməkdaşı bunu sifarişlə yazıb. Mənə zəng edib soruşurlar ki, Röyanın məşqləri davam edir, ya yox, sonra ağızlarına gələni mənim adımdan yazırlar. İnsan özünə hörmət edər axı, yazmamışdan əvvəl məlumatı bir dəqiqləşdirmək lazımdır”.
Xatırladaq ki, saytlarda yazılan məlumata görə, Röya Batumidəki "Divan" adlı otelə ağ rəngli “Mercedes-Benz G-class” (“Gelandewagen”) avtomobillə gəlib. Avtomobildən düşərkən sərbəst yeriyə bilmədiyi üçün Röyaya yanında olan azərbaycanlılar yardım ediblər. Müğənni sərxoş vəziyyətdə olub.