Könül Kərimova övladlarına verdiyi tərbiyədən söhbət açıb.
Ovladlarının internet aludəçisi olmadığını deyən sənətçi yenə də nəzarəti əldən buraxmır. O hətta həyat yoldaşının da qayğısına uşaq kimi qaldığını söyləyib.
“Bəlkə də çoxlarına gülməli gələ bilər, gecə düşən kimi otaqları bir-bir gəzib övladlarıma nəzarət edirəm. Hamı yatandan sonra qızımın otağını yoxlamağı unutmuram. Allaha şükürlər olsun ki, uşaqlar sözümə qulaq asırlar. Bu gün internet xəstəliyi baş alıb gedir. Övladlarım o qədər də internet aludəçisi deyillər. Hələ imkan tapıb atalarını da yatmağa yola salıram”, - K.Kərimova deyib.