"Hər şey daxil" verilişi sənət adamları arasında sorğu apararaq onların toy qiymətlərini öyrənib.
Müğənni Sevda Yahyayeva – Mən toy qiymətimi standart edə bilərəm. Amma elə insan var ki, gücü çatmır, az pul verir. Mən də müraciət edənin büdcəsinə uyğun qiymət deyirəm.
Müğənni Kərim Abbasov – Qiymət təxminən 4-5 min manat arası olur.
Müğənni Səidə Sultan – ayda 4-5 toya gedirəm. Ümumi gəlirim isə 7 minə yaxın olur.
Xalq artisti Faiq Ağayev – 12 min manat
Əməkdar artist Baloğlan Əşrəfov – 4 min manat
Əməkdar artist Aygün Bəylər - 6 min manat
Əməkdar artist Könül Xasıyeva – 3 min manat
Müğənni Elçin Hüseynov – 4 min manat
Müğənni Elton Hüseynəliyev – 10 min manat
Müğənni Xatirə İslam – 6 min manat
Müğənni Zamiq Hüseynov – 8 min manat