Mətanətlə Zöhrə barışdı

24-11-2014, 19:24   
Mətanətlə Zöhrə barışdı
Küsülü olan əməkdar artist Zöhrə Abdullayeva ilə müğənni Mətanət Əsədova barışıb. Lent.az-ın məlumatına görə, ifaçıların barışığı “Xəzər” telekanalının “5/5” verilişində baş tutub. Canlı proqramda qonaq olan Z.Abdullayevaya M.Əsədova zəng edərək, barışıq jesti edib: “Onun adını mənim yanımda heç kim çəkmir. Çünki sənətdə, yaşda və həyat tərzində də məndən böyükdür. Duz-çörək kəsmişik. Sənətinə, səsinə böyük hörmətim var. Onun bir tək “Tövbə” mahnısını mən bütün el şənliklərində oxuyuram. Görün o, heç nənəyə oxşayır? Çox qəşəngdir. Biz düşmən, nə də küsülüyük. Sadəcə bir ailədə də 4-5 bacı-qardaş arasında da söz-söhbətlər olur".

Xatırladaq ki, tərəflər arasındakı qalmaqal 2 il öncə olub. M.Əsədova həmkarının ünvanına “Bir adam ki 63 yaşında əməkdar artist adını alıb, o, mənim tayım deyil. Onun başı çatmır. O, mənimlə barışmaq üçün cəhdlər edir” sözlərini demişdi.

Əsədovanın ittihamlarına əməkdar artist Z.Abdullayevada susmamışdı: “O, mənim haqqımda bir də hər hansı fikir söyləsə, açaram sandığı, tökərəm pambığı. Mən onun haqqında hər şeyi bilirəm. Mənim oğlum, nəvəm hər şeyim var. Çəkinəcək yerim var. O nədən çəkinəcək? Onun çəkinəcək yeri yoxdur. Məsləhətim budur ki, artıq danışmasın” - deyə Abdullayeva vurğulamışdı .
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.