Azərbaycanın tanınmış müğənnisi Röya Ayxanın ötən gün Gürcüstanın Batumi şəhərindəki "Divan" otelində gecələməsi öz təsdiqini tapıb.
Bu haqda əməkdaşına "Divan" otelinin qeydiyyat bölməsinin məsul əməkdaşı sorğu əsasında məlumat verib.
O bildirib ki, həqiqətən adı çəkilən müğənni bu gecə oteldə qalıb və səhər saatlarında oteli tərk edib.
Batumidə yaşayan həmyerlilərimizdən birinin verdiyi məlumata görə isə, Röya xanım Azərbaycanlı iş adamlarından birinin özəl təyyarəsi ilə Gürcüstandan ayrılıb.
Bunu da qeyd edək ki, Röya Ayxanın Batumiyə həmin iş adamı ilə birgə gəldiyi deyilir.
Xatırladaq ki, tanınmış müğənni ötən gecə sərxoş vəziyyətdə, ərtafındakıların yardımı ilə otelə gəlib.