Ölümdən qayıdan aktyor 8 kilo kökəldi (FOTO)

25-11-2014, 09:50   
Nejat İşler Bodrumda toy mərasimlərindən birində iştirak edib
Ölümdən qayıdan aktyor 8 kilo kökəldi (FOTO)
Şou-biznes Uzun müddət səhhəti ilə əlaqədar problemlər yaşayan məşhur aktyorun yeni görüntüsü pərəstişkarlarını kədərləndirib.
Bodrumda Gümüşlük məhəlləsindəki evində istirahət edən tanınmış aktyor Neşat İşler "Gümüşlükspor" klubunun futbolçusu Mustafa Topoğlu ilə Özge Atillanın toyuna qatılıb. Toyda nikah şahidi qismində iştirak edən aktyor bir müddət idi ki, həftə sonlarını rayon klubunun oyunlarını izləməklə keçirirdi.

Səhhəti ilə bağlı problemləri geridə qoyan aktyorun xəstəxanadan çıxdıqdan sonra aldığı kilolar diqqət çəkib. O, iki ayda 8 kilo kökəlib.

İçki düşkünü kimi də tanınan İşlerin süfrədə olan içkidən ara-sıra süzüb içəməsi də diqqət çəkən məqamlardan olub. Halbuki onun milyonlarla pərəstişkarı içkidən imtina etməsini, sağlamlığını qorumasını istəyir.

Qeyd edək ki, ağciyər infeksiyası və nəfəs çatışmazlığı səbəbindən septik şok keçirən və 95 gün reanimasiyada yatan N.İşlerin bu müddətdə qan dövranınının pozulması səbəbindən sağ əl barmaqlarında göyərmələr başlamış və onlar amputasiya edilmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.