Ekspert: “Rusiya Qafqazdan əl çəkəcək”

25-11-2014, 13:28   



“Rusiyanın hələlik 420 milyard dollar ehtiyatı var. Hər şey neftin qiymətindən asılıdır. Neft iki il 70-80 dollar civarında qalsa, Rusiya Krımdan, separat bölgələrdən, hətta Qafqazdan da birdəfəlik çəkiləcək. Çünki başı daxili problemlərə, tez-tez müxtəlif şəhərlərində baş qaldıracaq "Maydan”lara qarışacaq”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə öz Feysbuk səhifəsində iqtisadçı-ekspert Natiq Cəfərli çıxış edib. O, Rusiyaya tətbiq edilən sanksiyaların uzun müddət qüvvədə qalacağını deyib:

“Rusiya maliyyə naziri rəsmən bəyan etdi ki, sanksiyalardan ölkəsi ildə 40 mlrd. dollar, neftin 30% ucuzlaşmasından isə ildə 90-100 mlrd. dollar vəsait itirir. Bundan əlavə ilin əvvəlində Rusiyadan kapital axını 130 mlrd. dollara çatıb. Sanksiyalar uzun müddət qüvvədə qalacaq, çünki Rusiya geri addım atmaq və sivil ölkə olmaq istəmir. Bütün bu çətinliklərə baxmayaraq, Rusiya keçmiş SSRİ ərazisində olan separatçı bölgələrə yardımını artırır. Dünən Rusiya Abxaziyaya 5 mlrd. rubl yardım ayırıb, növbədə isə Osetiya və Dnestryanı bölgələr gözləyir. Bundan əlavə Krıma yaxın 3 ildə 50 mlrd. dollar vəsait qoyulmalıdır ki, bölgənin Ukraynadan tam qopması, infrastrukturun yenidən qurulması və Krıma quru yol bağlantısını təmin etsin. Rusiyanın hələlik 420 mlrd. ehtiyatı var. Hər şey neftin qiymətindən asılıdır. Neft iki il 70-80 dollar civarında qalsa, Rusiya Krımdan, separat bölgələrdən, hətta Qafqazdan da birdəfəlik çəkiləcək. Çünki başı daxili problemlərə, tez-tez müxtəlif şəhərlərində baş qaldıracaq "Maydan”lara qarışacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.