Şok: ABŞ-ın Ukrayna ilə bağlı məxfi sənədi ələ keçirildi

25-11-2014, 17:42   
Şok: ABŞ-ın Ukrayna ilə bağlı məxfi sənədi ələ keçirildi“Kiberberkut” haker qrupu Ukraynaya silah yardımını nəzərdə tutan ABŞ Dövlət Departamentinə məxsus sənədləri ələ keçirdiyini bəyan edib.

Axar.az xəbər verir ki, ələ keçirilən sənədlər hakerlərin rəsmi internet səhifəsində yerləşdirilib.

Məlumata görə, məxfi məlumat vitse-prezident Cozef Baydenin ətrafında olan məmurların birinin mobil telefonunda saxlanılırmış.

“Sənədlərdə ABŞ Prezidenti Barak Obama və dövlət katibi Con Kerrinin imzaları var. Həmin sənədlərə əsasən ABŞ Ukrayna ordusuna əks-batareya radarları verməyi nəzərdə tutur. Hətta bu barədə bir müddət əvvəl Ukrayna Prezidenti Pyotr Poroşenko da açıqlama vermişdi. Çatdırılacaq 3 radarın qiyməti 400 min dollara yaxındır”, - “Kiberberkut”un məlumatında bildirilib.

Bundan başqa sənədlərdə Vaşinqtonun Kiyevə ölümcül silahlarla yanaşı 400 snayper tüfəngi, 2000 avtomat silahı, 720 qumbaraatan, 200-ə yaxın minaatan, 150 stinger, 420 tank əleyhinə raket verməsi öz əksini tapıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.