Müğənni Xuraman Şuşalı bu gün 23 yaşını qeyd edən “ANS” telekanalını təbrik edərkən maraqlı məqama toxunub , ifaçı bildirib ki, o, hicab bağlayandan sonra bəzi telekanallara dəvət almır: “ANS telekanalın təbrik edirəm. Uğurlarınız bol olsun. Hicaba keçdikdən sonra bezi telekanallar yolumu bağladı. Ancaq bir tək “ANS” məni verilişlərinə dəvət etdi. Yenə də dəvət edirlər, çox sağ olsunlar”.