Şou-biznes Müğənni-bəstəkar EMIN yeni klipini təqdim etdi.
Müğənninin Bakıda çəkdirdiyi klip "На чистоту" adlı mahnıya çəkilib. O, klipinin ikinci hissəsini təqdim edib.
Ekran işində çəkilən şəxsin kimliyini sirr saxlayan EMIN-in tərəf-müqabilinin rusiyalı sənətçi Keti Topuriya olduğu ortaya çıxıb. Mahnının musiqisi İqor Krutoya, sözləri isə İqor Nikolayevə aiddir. Sənətçilər klip üçün Moskvada böyük təqdimat mərasimi keçiriblər.
Qeyd edək ki, Emin Ağalarovun dekabrın 4-də “Crystal Hall”da konserti keçiriləcək.