Müğənni Səidə Sultanın martın 9-da toyu olacağı ilə bağlı xəbər yayılıb.
“Bu yaxınlarda efirlərin birində dedilər ki, martın 9-da mənim toyumdur. “5/5” verilişində yalançı toy etdik. Ondan sonra belə xəbər yayılıb. Bakı balaca şəhərdir. Əgər nişanlansam, hamının xəbəri olacaq. Həm də mən nəyisə gizlədən deyiləm, açıq deyirəm”.
Yaradıcılığından danışan S.Sultan dekabrda yeniliklər təqdim edəcəyini bildirib:
“Sözünü deyən bəstəkarlarla çalışıram. Gözəl mahnılarım gəlir”.