Xalq artisti Nisə Qasımova “Gün üzü” verilişinin canlı efirində ağlayıb.
sənətçi verilişdə anasına olan sevgisindən bəhs edərkən ağlayıb:
“Mən anam üçün yaşayıram. O mənim qızımdır, mən onun yox. Mənim mahnımı efirdə vermədilər. Halbuki anam o mahnını eşitməyi həsrətlə gözləyirdi. Oxumaq məqamında montaj etdilər və zalın lüsturunu göstərdilər. Biz o gecəni anamla çox ağladıq. Atam da həmin qəzəli çox xoşlayırdı”.[media=https://www.youtube.com/watch?v=Yi7RyvXrR9I]