lhamə Quliyeva: "Elədiyim yaxşılıqlar Faiqin haramı olsun"

27-11-2014, 16:52   
lhamə Quliyeva: "Elədiyim yaxşılıqlar Faiqin haramı olsun"

Dünən ATV telekanalının aparıcısı Zaur Baxşəliyev canlı efirdən xalq artisti İlhamə Quliyevaya keçmiş mətbuat katibi Faiq Ələkbərov haqda mesaj göndərib
xəbər verir ki, lent.az-a açıqlama verən xalq artisti bildirib ki, mesajda Z.Baxşəliyev ona təşəkkür edib: “Mənim Zaura məsləhət gördüyüm keçmiş mətbuat katibim, yəni Faiq yaxşı işçidir. Əladır, onu təriflədi də. Zaur bəy bilir, bilməyənlər də bilsin ki, 10 il bundan qabaq Faiq Ələkbərovu ATV-də mən işə düzəltmişəm”.

İlhamə Quliyevanın sözlərinə görə, sonralar isə həmin telekanalın keçmiş rəhbərliyi Faiqi işdən uzaqlaşdırıb: “Murdar əməllərinə görə, onu işdən çıxartmışdılar. Əl-ayağıma düşdü, ağladı, yalvardı ki, qurban olum, məni işə qaytarın. Ürəyim dözmədi, rəhbərlikdən xahiş elədim, onu yenidən işə bərpa etsinlər. Onu yenidən ATV-yə işə düzəltdirdim. O, 106.3 FM-də işləyirdi. Yenidən işə bərpa edəndə isə o, radioda işləmək istəmədiyini dedi. Biz də yönləndirdik Zaurun verilişinə. Dostum Zaur Faiqin kimliyini çox yaxşı bilir. Bilməyənlər üçün deyirəm ki, Faiq 10 il mənim çörəyimi yeyib, süfrəmdə otura-otura barəmdə yan-yörəyə məlumat ötürüb. Mənim əleyhimə mesajlar verib. Üzümü o tərəfə çevirən kimi, dalımca etikadan kənar çox sözlər danışıb. Bir sözlə, mənə çox xəyanət edib. Mən bu yaxında ANS telekanalına, ATV-nin “Onlar” verilişində və digər maqazin proqramlarında müsahibə verdim. Amma ad çəkmədim. İndi ad çəkirəm. Həmin adam Faiq Ələkbərovdur”.

Xalq artisti onu da deyir ki, keçmiş mətbuat katibi Tükəzban xanımın vəfatından sonra onun pensiya pullarını da mənimsəyib: “Məsələ buradadır ki, mənim anam dünyasını dəyişdikdən sonra Faiq anamın pensiya kartını götürüb və bankomatdan onun adına olan pulları çəkib. Onun murdar, çirkin işləri çoxdur. Xətrini çox istədiyim müğənni Kərimin belə bir mahnısı var: “Dostum, mənə bir az ondan danış”. Dostum Zaur bəy, mən sənə ondan o qədər danışaram ki, qulaqların ağrıyar. Amma mən deyirəm, canım dostum, sən çox yaxşı bilirsən ki, onun əxlaqında əskikliklər var. Hansını deyim? Gecə polis idarələrindən xəbərlərini deyim, mənim pullarımı mənimsəməsini deyim, yoxsa dəfələrlə mənim cibimə xəyanətlərinimi? Bu mesajı mənə göndərməsəydin, əzizim, hörmətli dostum Zaur, mən bunları açıqlamazdım”.

Xalq artisti İlhamə xanım Quliyeva deyir ki, dünən Z.Baxşəliyev ona zəng edib: “Çox mehriban söhbət elədi. Amma verilişindən mənə mesaj göndərməklə Faiqin kimliyinin açıqlamasının özülünü qoydu. Oturdub Faiqi kamera qarşısında bazar arvadları kimi həyasızcasına, dərdi olan, problemləri olan insanlar haqqında “şok-şok xəbərlər” deyir. Qoy Faiq o şok-şok xəbərləri özü haqqında versin efirə və hörmətli Zaur, səni o gördüyün o xeyirxah işləri, problemləri olan insanlara göstərdiyin o köməyi əsnasında Faiq Ələkbərovun özünü kamera qarşısında çox layiqsiz aparmağı və zəhmətinin üzərinə kölgə salması deməkdir. Mən Faiqi özümdən lap çoxdan uzaqlaşdırmışam. İndi yanımda çox sağlam bir komandam var. Dostum Zaur, indi sənə demək istəyirəm ki, ehtiyatlı ol. Mən və sən uşaq deyilik. Biz çörəyi ağzımıza yeyirik, burnumuza yox. Əgər belə mesajlar davamlı olsa, bilirsən ki, sənin yanında məndən sənə qalmış hansısa kəslər var. Onu da deyim ki, Faiq barəsində hələ çox şeyləri açıqlamamışam. Zamanla açıqlayacağam. Heç kim çaşıb, yolunu azmasın. Mən sənətkaram, özü də çox illərin sənətkarı. Heç vaxt mənim yanımda ikisifətli insanlar ola bilməz. Gec də olsa, onun yanımda olmasının səhv olduğunu anlayıb, uzaqlaşdırdım. Əzizim Zaur, Allah xeyir versin sənə. Faiq Ələkbərov əlində, ovcunda qalsın. Amma onda elə bir sifət var ki, adama işi düşən kimi, diz çökür, qadın kimi ağlayır. Onun ağlamalarını, yalvarmaqlarını dəfələrlə görmüşəm. Elədiyim yaxşılıqlar Faiqin haramı olsun”.

Xalq artisti İlhamə xanım həyatda baş vermiş olaydan danışdı: “Demək bir qadın vəkil olur, o, iş prosesi ilə əlaqədar bir məhbusun yanına gedib-gəlir. Sonda da o məhbusa deyir ki, mən səndən hamiləyəm... Yəni demək istəyirəm ki, belə insanlar da var həyatda. İlhamə bu həyatda çox insan görüb, amma Faiq Ələkbərov kimisini görməyib. O, xain olub, cibimi kəsib, pulumu yeyib, xəyanət edib, onun vasitəsi ilə mənə göndərilən hədiyyələri mənimsəyib. Əzizim Zaura demək istəyirəm ki, Faiqin çörəyi dizinin üstündədir. İşlərindən və cibindən muğayat ol. Dostum Zaurun mənə canlı efirdən mesaj göndərməyi çox xətrimə dəydi. Ona görə də, mən məcbur qalıb bu açıqlamaları verdim. Hələ ardı da var. Kim çaşsa, deyiləsi olmuş əhvalatları açıqlamağa hazıram. Dediyim fikirlərə də cavabdehəm, sübutum, dəlilim var”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.