Tolqa Karel iki qızla səhərə kimi gecə klubunda olub.
Azərbaycanlı model Günay Musayevanın əri, türk aktyor Tolqa Karel yenə gündəmə gəlib. Bu dəfə o və dostu iki qızın yanında görünüblər.
barəsində bir necə dəfə boşanma xəbəri çıxan, hər dəfə bu xəbərləri təkzib edən Tolqa bir şirkətin ad günü mərasiminə qatılıb.
O, məkana bir dostu ilə gəlib. Burada isə iki gənc qızla tanışıblar və gecəyə onlarla birgə davam ediblər.
Karel dostlarım adlandırdığı qızlarla gecə klubunda səhərə kimi əylənib. Onlar klubu ancaq səhər saat 05:00-da məkan bağlananda tərk ediblər.
Klubdan çıxarkən kameraları qarşısında görən aktyor "böyüdüləcək bir şey yoxdur" deməklə kifayətlənib. Bundan sonra o və dostu taksiyə minərək qızlarla birgə oradan uzaqlaşıb.
Xatırladaq ki, Günay Musayeva və Tolqa Karel bir necə ildir evlidir. Cütlüyün Cihangir adlı bir oğlu da var. Cütlük barəsində bir necə dəfə boşanma xəbərləri yayılıb. Ancaq hər dəfə onlar birlikdə görünərək bu şayiələrin əsassız olduğunu deyiblər.