Gülbən Ərgən türmədə Dəniz Səkini ziyarət etdi

30-11-2014, 20:24   

Gülbən Ərgən narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum edilmiş müğənni Dəniz Səkinin ziyarətində olub.

Bakırköy Qadın və Uşaq Həbsxanasında cəzasını çəkən sənətçiyə həmkarlarından dəstək davam edir. Belə ki, ifaçıya ilk olaraq müğənni Sezen Aksu məktub yazıb, Səki də cavab olaraq “Buz kimi olan yer isindi, mənə yastıq, yorğan oldu, bu məktubla isinirəm” deyib.

Ötən gün isə G.Ergən xüsusi icazə ilə gizlicə sənətçiyə baş çəkib. Səkiylə xeyli müddət dərdləşən sənətçi duyğu dolu dəqiqələr yaşayıb.

O, ziyarətdən sonra öz “Twitter” hesabında Konfutsinin kəlamını paylaşıb:

“Yetkin insan gözəl söz söyləyən deyil, söylədiyini edən və edə biləcəyini söyləyən adamdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.