İvana Sərt yoxsulluq alimenti istədi

1-12-2014, 09:18   


Modelyer İvana Sərtlə keçmiş həyat yoldaşı, iş adamı Yurdal Sərt arasındakı boşanma davası davam edir.
400 min lirəlik (təxminən 141 min manat) boşanma təzminatını bəyənməyən İvana, Yurdal Sərtdən 7 milyon lirə (təxminən 2,5 milyon manat) tələb edib. Bundan əlavə, o, rəddedilən “yoxsulluq” alimentinə də ehtiyacı olduğunu söyləyib.

İstanbul Ailə Məhkəməsi İvana Sərtin aylıq 100 min lirəlik (təxminən 33 min manat) “yoxsulluq” alimenti tələbini rədd edərək cütlüyün boşanmasına və oğulları Atəşin anasına verilməsinə hökm edib. Bununla da, Y.Sərt cəmi 400 min lirə təzminat və oğluna aylıq 5 min lirə (təxminən 1700 manat) aliment ödəyəcək. Bu qərardan razı qalmayan İvana “yoxsulluq” alimentinin verilməsi üçün yenidən hakimə müraciət edib:

“Ərim məni aldadıb. Sosial, psixoloji və mənəvi şiddət görmüşəm. Ərimin zinası təsdiqlənib. Onu bu hərəkətinə görə sağlamlığım və ruhi vəziyyətim ağır zərər görüb.Cəmiyyət içində təhqir olundum”.

Məhkəmə tərəfindən İvana Sərtin tələbləri təmin olunmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.