Azərbaycanı “Eurovision 2008” yarışmasında təmsil edən müğənni Elnur Hüseynov Türkiyənin məşhur “O səs Türkiyə” yarışmasının seçim turlarına qatılıb. Lent.az-ın məlumatına görə, bu barədə prodüser Tarix Əliyev “İnstaqram” səhifəsində yazıb:
“Bax budur Azərbaycanın səsi! 75 milyonluq Türkiyədə tapılmayan səs Azərbaycandan çıxdı. Bax belə insanları qoruyub, ucaldıb arxa çıxmaq lazımdır! Yoxsa bəzi “Bozbaş” müğənnilər, musiqidən bixəbərlər sevgili hesabına klip çəkdirib efirə çıxanlar, sevgililəri “lotu” olub onun-bunun üstünə adam göndərənlər, üç gün çıxıb özünə “nömrə bir” deyənlər... Siz bu insanın səsi qarşısında heç kimsiniz! Onun adı Elnur Hüseynovdur. Çalışın ki, onu da vətəndən küsdürüb başqa ölkələrə yem etməyin. Burda bəzi özlərini kişi hesab edərək kimlərisə qınayanlara da aiddir... Kişiliyin meyarı güclə ölçülmür! Elnur təkrarsız səsi ilə Avropanı necə lərzəyə gətirmişdisə, “O səs Turkiyə”ni də dəhşətə gətirdi”.
Qeyd edək ki, E.Hüseynovun çıxışı bu gün “TV8” kanalında yayımlanacaq.[media=https://www.youtube.com/watch?v=ZeL4q32JBgc]