Aktrisa yeddi yaşı olanda yeznəsi tərəfindən zorlanıb
Amerikanın məşhur aktrisası Teri Hatçer uşaq olarkən yeznəsi tərəfindən zorlandığını göz yaşları içində etiraf edib.
qırx doqquz yaşlı aktrisa yeddi yaşı olarkən bacısının həyat yoldaşı tərəfindən zorlanmasını ilk dəfə 2006-cı ildə “Vanity Fair” jurnalına etraf edib. Bu dəfə isə başına gələn bu hadisəni 25 noyabrda Nyu-Yorkda təşkil olunan “Qadınlara qarşı şiddətlə mübarizə” günündə BMT-də çıxışı zamanı göz yaşları içində danışıb.
Hatçer qaynın necə həbs olumasına da toxunub. Aktrisa bildirib ki, qaynı tərəfindən illərlə təcavüzə məruz qalan bir başqa uşağın yazdığı intihar məktubu nəticəsində həmin şəxs polislər tərəfindən həbs olunub.