AB qapılarını ukraynalılara açır

1-12-2014, 14:34   

AB qapılarını ukraynalılara açır

2015-ci ilin payızından etibarən ukraynalılar biometrik pasportlar vasitəsilə Avropaya vizasız səfər edə biləcəklər.

bu barədə Ukrayna xarici işlər naziri müavini Yelena Zerkal xəbər verib.

“Biz çalışırıq ki, AB Ukraynaya vizasız status versin, sentyabr-oktyabr aylarında isə ukraynalıların biometrik pasportları ilə viza tələb olunmadan səyahət edə bilməsinə nail olaq”- deyə nazir müavini yerli "İnter" telekanalında çıxışı zamanı bildirib.

Bu arada o biometrik xarici pasportların paylanmasının 2015-ci ilin 1 yanvar tarixinə planlaşdırıldığını qeyd edib. Lakin AB pasportların paylanmasını, sistemin işləməsini, seriya istehsalının təhlükəsizliyini qiymətləndirməyənə qədər viza rejiminin ləğvi mümkün olmayacaq. Bu isə vaxt tələb edir.

Qeyd edək ki, ABŞ-da 2001-ci il 11 sentyabr hadisəsindən sonra tətbiq edilən biometrik xarici pasportların fərqli cəhəti budur ki, onda vətəndaşın bütün məlumatını özündə əks etdirən çiplər mövcud olur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.