Aktrisa Lalə Məmmədova ana olub. Bu haqda danışıb.
“Çox sevincliyəm, dünən analıq sevincini yaşadım. Oğul anası oldum. Bu ilk övladımdır, Allah hər bir kəsə bu sevinci yaşatsın. Oğluma hansı adı qoyacağımızı hələ fikirləşirik. Səhhəti də Allaha şükür çox yaxşıdır. Allah bu gözəl payı bizə verdi. Bütün qızlara analıq sevincini yaşamalarını arzu edirəm” deyə aktrisa bildirib.
Qeyd edək ki, Lalə Məmmədova bir müddət televiziyada “Salam Azərbaycan” verilişinin aparıcısı olub. Aktrisa keçən ilin iyul ayında hüquqşünas Vüsal Əhmədovla ailə həyatı qurub.