Rövnəq Abdullayevin varis planı

1-12-2014, 19:44   
Rövnəq Abdullayevin varis planı


ADRNŞ prezidenti öz yerinə ən yaxın qohumu Anar Əliyevi hazırlayır, oğluna isə xaricdəki biznesi idarə etmək həvalə olunub
Son dövrlər adı müxtılif səpkili məsələrdə hallanan Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin haqqında çeşidli məlumatlar dolaşır. Bu sırada Abdullayevin nurçularla əlaqəsi, müxtəlif təyinatlı maliyyə işləri, habelə oğlunun Türkiyədə böyük biznesə nəzarət etməsi ən aktual xəbərlərdən sayılır.
Bu yaxınlarda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsində ARDNŞ prezidentinin oğlu ilə bağlı məlumat yayılıb. Orada qeyd olunur ki, 21 yaşlı Rəşad Abdullayev Türkiyədə beş şirkət, istirahət mərkəzi, restoran və digər əmlaklara sahibdir. Məlumatda qeyd olunur ki, o, 2010-cu ildə 17 yaşında Türkiyənin Kox universitetində kimyəvi maşınqayırma fakültəsində təhsil almaq üçün İstanbula gəlib. Gələn kimi də "SOCAR Trading” şirkətində işə başlayıb. Bu şirkət ARDNŞ tərəfindən Azərbaycan neftinin dünya bazarında satışının təşkili məqsədilə yaradılıb. Rəşad Abdullayev ARDNŞ prezidenti Rövnəq Abdullayevin oğludur. Son dörd ildə Rəşad Abdullayev SOCAR-ın bir neçə törəmə müəssisəsində işləyib.
Bundan başqa, Rəşad Abdullayev SOCAR-la əlaqəli bir neçə işə rəhbərlik edir: Məsələn, The Alpha Roger Project (www.alpharoger.com.tr) daşınmaz əmlakla məşğuldur. Onun sahiblik etdiyi digər müəssisələr tikinti, dəniz və hava daşımaları, insan resurslarının idarə olunması, konsultasiya, neft məhsullarının satışı ilə məşğul olur. "The Alpha Roger Project”in Azərbaycan bölməsinin qeydiyyatdan keçdiyi ünvan Rəşad Abdullayevin ana babası Adəm Əliyevin evidir. 68 yaşlı Adəm Əliyev də Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə SOCAR-la əlaqəlidir.
Bu məsələ xeyli uzanır və məqalədə Abdullayevin oğlunun Türkiyədə xeyriyyəçiliklə məşğul olduğu, azərbaycanlı tələbələrə 100 dollar pul verdiyi, habelə bu ölkədə xeyli otellar açmaq üçün hazırlaşdığı qeyd olunur. Amma ortada başqa bir məsələ daha var. Bu da Rəşad Abdullayevin niyə məhz Türkiyədə bizneslə məşğul olmasıdır. Digər bir məsələ isə Rövnəq Abdullayevin gələcək üçün hesabladığı plandır.
ARDNŞ prezidenti oğlunu öz yerində görmək istəmir. Onu əsasən xaricdəki biznesinin icraçısı kimi təsəvvür edir. Məlumatlarda deyilir ki, Rövnəq Abdullayev Rəşad Abdullayevə daha çox biznesdə güvənir,nəinki dövlət işlərində. Amma mənbələr bunun hansı səbəbdən belə olduğundan xəbərsizdirlər. Bəs, belə olan təqdirdə şirkət rəhbəri öz varisi olaraq kimi görür? Əslində, bu suala cavab tapmaq elə də çətin sayılmamalıdır. Daha dorğusu, prosesləri izləyənlər azca diqqətli olsaydılar "varis”in kimliyini hələ xeyli əvvəl müəyyənedə bilərdilər. Bir müddət əvvəl adı qəfil mətbuatın dilinə düşən Anar Əliyev heç də Abdullayevlər ailəsi üçün qiymətsiz biri deyilmiş. Məlumatlara görə, ARDNŞ prezidentinin bütün dəstəyi sayəsində irəliyə gedən Əliyev, elə Abdullayevin ən yaxın qohumlarındandır. Hazırda xaricdə SOCAR-ın neftinin satışı ilə məşğul olan bu cavan oğlan yaxın gələcək üçün ARDNŞ-in prezidenti qismində görünür.
Union Grand Energy şirkətinin rəhbəri olan Anar Əliyev artıq neft sahəsinə bələd olan kadrlardan biri kimi təqdim olunur. Hakimiyyət dairələrinə ARDNŞ-in prezidenti tərəfindən təqdim edilən "perspektivli”, "savadlı” və "bacarıqlı” qohum haqqında ilkin təəssürat pis deyil. Məlumatlarda qeyd olunur ki, hətta bəzi siyasi dairələr Anar Əliyevin ARDNŞ prezidenti olmasına etiraz belə etmir. Amma ölkədə yekun söz bir olduğundan Rövnəq Abdullayev də dodağını dişləyərək oturub, gözləməlidir. Yəni, zamanın yetişməsini gözləməlidir. Anar Əliyevin hələ xeyli əvvəldən bu posta hazırlaşdırılması gündəmdə olub. Məlumatlara görə, onun neft sahəsinə gətirmək, xaricdə satış işlərinə qoşmaq, şirkət yaratmaq və digər məsələlər də məhz Rövnəq Abdullayevin yanındakı "texnoloqlar”ın məsləhəti ilə edilib. Və ARDNŞ prezidenti artıq əməyinin bəhrəsini görmək istəyir. (jam.az)
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

P.S. Rövnəq Abdullayevin "texnoloq”larının kimliyi, BNEZ-də milyonluq yeyintinin üzə çıxaması məsələsi, YDM-lər müflisləşdirmək üçün hansı addımların atıldığı, heblə bu və digər məsələlərlə bağlı növbəti yazımızda geniş məlumat verəcəyik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.