Tacir məni sevib, mən də Taciri” bu fikirlər müğənni Fədayə Laçına aiddir.
Yenilik.Az-ın məlumatına görə, ATVxəbər.az-a danışan müğənni eks sevgilisi, müğənni Tacir Şahmaroğlu ilə hal-hazırda küsülü olmadığını açıqlayıb: “ Tacirlə heç bir münasibətim yoxdur. Kim nə deyir, desin. Mən heç bir sənətçi ilə küsülü deyiləm, dost da deyiləm. Tacirlə 2004-cü ildə ayrılmışıq.Amma düzünü deyəcəm, onun açıqlama verməyi mənə heç təsir də etmədi. Onun sənəti var, nəyə lazım idi ki, belə açıqlama verdi?! Bakı balaca şəhərdi, qohum-qonşu var. Müğənnilərin həyatı onsuz da göz önündədir. Onun da ailəsi var, mənim də 20 yaşlı oğlum var. 10 ildən sonra yadına düşüb bu söhbət? Əgər bunu gündəm xatirinə etdisə, heç də yaxşı olmadı. Gündəm üçün düzdü belə söhbətlər lazımdır. Amma mənə elə söhbətlərlə gündəmə gəlmək lazım deyildi. Tacir desə də aramızda sadəcə qadın-kişi münasibəti olub, yalan deyir. Bizim aramızda sevgi olub. Bəlkə kimsə arvaddan qorxur, tam hər şeyi demir. Amma açırsa məsələni yalan danışmasın. Tacirlə münasibətimiz başlayanda o zamanlar uşağım da körpə idi. Müğənni kimi duetlər oxusaq da, sonrada bir-birimizi sevdik. Tacir məni sevib, mən də Taciri…”.