"Uşaqlarımla da belə münasibətim olsun istəyirəm"
Rusiyalı tennis ustası Mariya Şarapova ailə qurmaq istəyini bildirib.
Rusiyada nəşr olunan "Maxim" kişi jurnalının seçdiyi ölkənin ən seksual 100 qadını arasında 4-cü yerdə göstərilən məşhur tennisçi Mariya Şarapova “The Phillippine Star” verdiyi müsahibədə gələcək planlarından danışıb.
Rus gözəli artıq ailə qurmaq istədiyini dilə gətirib: “Ümumi olaraq, il mənim üçün çox uğurlu oldu. Amma gələn mövsümdə daha çox hədəf müəyyənləşdirmişəm. Təbii ki, bir ailəmin də olmağını istəyirəm. Bu çox vacibdir. Böyüyənə qədər anamla yaxın olmuşam, onunla yaxşı dostuq. Uşaqlarımla da belə münasibətim olsun istəyirəm.”
Qeyd edək ki, mövsüm nəticələrinə əsasən, Şarapova Qadınlar üzrə Tennis Assosasiyası (WTA) reytinqində ikinci yerdə qərarlaşıb.