İlhamə adının Əli Kərimliyə qoyulmasından qəzəbləndi

2-12-2014, 09:11   

İlhamə adının Əli Kərimliyə qoyulmasından qəzəbləndi

“Primadonna onun özüdür, varlığıdır. Mən Azərbaycan mədəniyyətinin kraliçasıyam. Məni o tanımasa da xalq tanıyır, sevir. Ümumiyyətlə isə Sərdar Cəlaloğlu hansı siyasətə qulluq edir, onu da bilmirəm. O cür adamları tanımıram, tanımaq da istəmirəm. Qoy gedib, öz işləri ilə məşğul olsun”.
bu sözləri primadonna “Yeni Müsavat”ın əməkdaşına açıqlamasında bildirib.

İlhamə Quliyeva S.Cəlaloğluna zamanında cavab verəcəyini də deyib: “Mən hazırda xarici ölkədəyəm. Lakin lazım gələrsə, onun bu barədə cavabını verəcəm”.

Qeyd edək ki, bu günlərdə Sərdar Cəlaloğlu mətbuatda AXCP sədri haqda sərt ittihamlar demişdi: ”Sən kimsən axı?! Sən heç özünü idarə edə bilmirsən, gəlib məni idarə edə bilərsən? Sən kimsən qiymət verirsən?! İlhamə artistlərə ad verdiyi kimi Əli Kərimli də özünə belə bir missiya götürüb. Azərbaycanda siyasi partiyalara ad qoyur ki, Müsavat filandır, AMİP filandır, bunlar satqındır. A bala, sənə bu hüququ kim verib? Sən də siyasətin primadonnasısan?”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.