Neft və rubl isə dayanmadan ucuzlaşır
Dekabrın 1-nə keçən gecə birjalarda neftin qiyməti yenidən ucuzlaşıb. London birjasında Brend markalı neftin qiyməti birdən-birə daha 2 dollar ucuzlaşaraq 1 barrel üçün 68.28 dollar olub. Lakin sonradan qiymət 60 sent qalxaraq 1 barrel üçün 68.7 dollar həddində qərarlaşıb. Bu, 2010-cu ilin mayından bəriq qeydə alınan ən minimum həddir.
Oxşar vəziyyət Nyu-York birjasında Light Sweet markalı Texas nefti ilə də bağlı yaşanıb. Onun qiyməti 1 barrel üçün 65 dollardan aşağı enib.
Analitiklər bildirirlər ki, qiymətlərin ucuzlaşmaqda davam etməsi OPEK-in hasilatı artırmayacağına dair qərarına bazarın reaksiyasıdır. Əksər analitiklər hesab edirlər ki, OPEK qiymətlər 60 dollara düşənə qədər heç bir addım atmayacaq.
Bu gün həmçinin Moskva birjasında 1 dollar 52,05 rubl, 1 avro isə 64,1 rubla yüksəlib. Qeyd edək ki, ötən həbtənin sonu 1 dollar 50 rubl idi.
Bütün bunların fonunda Rusiya prezidenti Vladimir Putinin reytinqi son bir ayda kəskin düşür. Bu barədə Rusiyanın "Levada-Tsentr" qeyri-hökumət tədqiqat mərkəzinin sosioloqları bildiriblər.
Mərkəzin verdiyi məlumata görə, "Bu həftə prezident seçkisi keçirilsəydi kimə səs verərdiniz?" sualına respondentlərin 53%-i "Vladimir Putinə" cavabını verib (Oktyabr ayında bu göstərici 56% olub).
Seçkidə iştiraka qərarlı olanların isə 82%-i Putinə səs verməyə hazır olduqlarını bildiriblər (oktyabrda bu göstərici 87% olub).
"Levada-Tsentr"in direktor müavini Aleksey Qracdankin bildirib ki, noyabr ayında müşahidə edilmiş geriləmə Ukraynanın cənub-şərqində baş verən gərgənləşmə ilə bağlıdır.